Şou-biznes

"Pandemiya və müharibə məni dəyişdi"

24 Aprel 2021 17:13
Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Roza Zərgərli açıqlamasında həmkarı Rəqsanə İsmayılovanın Moskvaya üz tutan ifaçılar haqda dediklərinə münasibət bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, R.Zərgərli Rəqsanənin haqlı olduğunu söyləyib:

"Amma belə ictimailəşdirməməli idi. Çağırıb deyəydi ki, belə etməyin, siz gedəcəksiniz biz burda qalacağıq. Lakin nə olsa da, öz millətimizdir. Ümumiyyətlə, müharibədən sonra bir az dəyişmişəm. Artıq ətini yeyəndə sümüyünü atmıram. Artıq kimləsə dalaşası deyiləm. Pandemiya və müharibə məni dəyişdi".

Xatırladaq ki, Rəqsanə Rusiyada toya gedən xanım ifaçıları "Toydan sonra evinizə gedin. Gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər" - deyərək sərt tənqid etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.