Şou-biznes

Dəblə ayaqlaşmaq istədi, tənqid olundu - FOTO

22 Aprel 2021 14:39
Baxış: 2 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nazənin Salayevanın sosial şəbəkədə yayımladığı fotosu müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin geyindiyi enliətək şalvarını son dəbə uyğunlaşdırmağa çalışması uğursuz alınıb. Belə ki, ifaçı adi qara iplə şalvarının ətəyini bağlayıb.

Yeni dəb şalvarlardan etmək istəyən Nazənini izləyiciləri tənqid edib. Sənətçinin ünvanına "Hələ görməmişdim ki, ayaqqabının ipini şalvarın üstündən bağlasınlar", "Şalvarın ətəyi niyə belədir? Yeni tərzdi?" kimi sözlər yazılıb.

Nazəninin eyni zamanda idman tərzli kofta ilə hündürdaban geyinməsi də tənqid olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.