Həmidə Ömərova: "Həyat yoldaşım mənə diqqət etmirdi" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artist Həmidə Ömərova Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində qonaq olub.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Həmidə Ömərova şəxsi həyatından danışıb: "Mən inanmıram ki, yer üzündə ömrünün sonuna qədər tam xoşbəxt bir insan olsun. Gənclik illərində insan öz sevgisinə rast gələndə özünü xoşbəxt sayır. Ailəmdə elə anlar olub ki, mən özümü xoşbəxt hiss etmişəm, xəstəxanada körpəmlə çıxanda eyni duyğunu yaşamışam. Bütün analar bu hissi keçirirlər".
Həmidə Ömərova valideynlərinin illər əvvəl boşandığını deyib: "Böyüyəndən və valideynlərim ayrılandan sonra çətinliklər yaşadım. Atasızlıq... Valideynlərim rəsmi ayrılanda 15 yaşım var idi, amma xeyli əvvəl boşanmışdılar. Atam ikinci dəfə ailə qurdu. Mənim çox yaxşı bacı-qardaşlarım var idi. Bir qadın kimi anam çox əziyyət çəkdi. Anamın sağlığında ögey bacı-qardaşlarımla bu qədər yaxın deyildim.
Analığım çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Atam deyib-gülən, şən, anam isə əksinə, çox qapalı insan idi. Həm də çox sərt idi. Bəlkə ona görə övladıma qarşı çox mehribanam. Anamdan bunun əksini görmüşəm. Bəzən oğluma qarşı sərt oluram, o zaman anam gözümün qabağında durur.
Anam aktrisa olmağıma icazə vermirdi. Deyirdi ki, bizim nəsildə aktrisa olmayıb. Ayıbdır, müəllimə olarsan. Qarşısında diz çökdüm".
Xalq artisti həyat yoldaşı ilə tanışlığından da danışıb: "Həyat yoldaşıma rast gəlməsəydim, ailə həyatı qurmazdım. Ailə həyatı qurmağa vaxtım yox idi. 34 yaşım var idi, həyat yoldaşım olacaq kişi mənə fikir də vermirdi. İşgüzar adam idi, bəlkə də rastıma çıxan yeganə kişi idi ki, mənə diqqət eləmirdi. Bu da məni qıcıqlandırırdı. İmzalamaq üçün sənəd gətirəndə üzümə baxmırdı. Və mən çalışdım ki, o, mənə diqqət yetirsin".
Həmidə Ömərova kliniki ölüm keçirdiyini bildirib: "Uşaq dünyaya gətirərkən kliniki ölüm keçirmişəm. İşıq var idi, o qədər xoşbəxt idim ki... Amma bu dünyaya göndərdilər, yenidən əzab çəkmək və günahlardan təmizlənmək üçün..."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
XƏBƏR LENTİ
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma





