Şou-biznes

42 yaşlı aktrisa təravətli görünüşü ilə hər kəsi heyran qoydu - FOTO

3 Aprel 2021 09:29
Baxış: 2 907
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikaı aktrisa Keti Holms  "People" jurnalının xüsusi buraxılışı üçün makiyajsız halda fotosessiyada iştirak edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Karavan" xəbər yayıb.

42 yaşlı ulduz özünə qulluq etməyi sevdiyi üçün meykapsız görünüşündən narahat olmadığını bildirib.

"Yaşımı minnətdarlıqla qəbul edirəm və makiyaj sarıdan narahat olmuram. Mənim sevincim daxildən gəlir", - deyə aktrisa bildirib.

Onun sözlərinə görə, dərisinin sağlamlığı və gözəlliyi üçün çoxlu su içir və tərəvəz yeyir.

Bundan başqa, aktrisanın gündəlik gözəllik rutini də çox sadədir.

"Səhər və axşam mütəmadi olaraq dərimi təmizləyirəm, hialuron turşusu serumu və nəmləndirici krem istifadə edirəm", - deyə aktrisa vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.