Şou-biznes

Aktrisa ölümdən dönüb - O qəzada təqsirim yox idi

30 Mart 2021 17:39
Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün aktrisa Şevval Sam Cihangirdə kameralara tuş gəlib.

Milliaz axşam.az-a istinadən bildirir ki, jurnalistləri görən aktrisa onlarla bir az söhbət edib. Şevval media əməkdaşlarının ona, illər əvvəl keçirdiyi avtomobil qəzası ilə bağlı sual verməsindən sonra, ilk dəfə bu haqda danışıb:

"Avtomobil qəzası 2005-ci ildə baş verdi. Amma məndə günah yox idi. Qarşıdan gələn motosikletçi əks istiqamətdən gəlirdi və qırmızı işıqda da yolu keçmişdi. Motosiklet idarə etdiyi halda dəbilqəsi və sürücülük vəsiqəsi də yox idi. 79 yaşında yaşlı adam idi, gözləri də yaxşı görmürdü. Qəzaya səbəb olmuş kimi görünsəm də, günahım yoxdur. Həm artıq üzərindən 16 il keçib. O vaxtdan sonra bir daha qəzaya düşmədim. O qəzada da təqsirim yox idi. Olsa idi bunun bədəlini ödəyərdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.