Şou-biznes

Nazpəri Dostəliyevanın oğlunun ölüm səbəbi məlum oldu - FOTO

22 Mart 2021 19:09
Baxış: 24 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.

Milli.Az oxu24-ə istinadən xəbər verir ki, bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, xalq artistinin iki oğlu var.

Nazpəri Dostəliyeva bir dəfə Nəriman adlı bəylə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu var.

1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevib seçdiyi Nərmin adlı xanımla ailə həyatı qurub. Həmin nikahdan onların  Tamerlan adlı oğulları var.

Bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır .

Bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.