Şou-biznes

Dadaşova sosial şəbəkədə yayılan FOTOsundan danışdı

20 Mart 2021 14:42
Baxış: 1 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova bacısı Lalə Dadaşovanın sosial şəbəkədə yayılan fotosundan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Elgizlə izlə" verilişində bu haqda danışıb. O bildirib ki, bacısının heç bir xəstəliyi yoxdur:

"Rafael Dadaşovun yasından bağımıza gəldik. Hacı Nuran da orada idi. Rafaelin zarafatlarını yada salıb güldük. O, bədbinliyi xoşlamırdı. Lalə xanım gördü foto çəkdiririk, qaçdı gəldi dayandı. Şəkildə elə düşüb".

Lalə Dadaşova isə "Eybi yox, yazsınlar. Yəqin mənim xəstə olma xəbərimi paylaşıb, reytinq yığıb, pul qazanırlar. Halallıq verirəm" sözlərini söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.