Şou-biznes

Bu yay da Bakıda “Jara” olmayacaq - VİDEO

18 Mart 2021 08:36
Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il 28 iyul - 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalı təxirə salınıb.  

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri - Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, instaqramda video paylaşaraq, "Jara"nın 23-27 iyun tarixlərində ilk dəfə Rusiyanın Moskva şəhərində keçiriləcəyini açıqlayan Eminə izləyiciləri festivalın Bakıda baş tutub-tutmayacağı barədə suallar ünvanlayıb. Xalq artisti şərhlərdən birinə "təəssüf ki, yox" deyə cavab verib.

Bundan başqa, Ağalarov Bakıdakı "Jara"da iştirak üçün alınan biletlərlə Moskvadakı tədbirə qatılmağın mümkün olduğunu bildirib.

Xatırladaq ki, ötən il Bakıda keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.