Şou-biznes

“Mata Hari” tənqid olunsa da, Avropada sevildi - VİDEO

16 Mart 2021 15:30
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ötən gün "Eurovision" mahnı müsabiqəsi üçün təqdim etdiyi "Mata Hari" layihəsi müzakirə mövzusuna çevrilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tamamilə xarici heyətin ərsəyə gətirdiyi mahnı və klipdəki boşluqlar- müğənni Samirə Əfəndinin plastikasının zəifliyi, xoreoqrafiyanın düzgün qurulmaması, geyim, saç-qrimin göz oxşamaması, bəstədə sözlərin kasadlığı və layihənin alman casus Mata Hariyə həsr edilməsi tənqid edilib.

Bütün bunlara baxmayaraq, "Mata Hari" Avropada sevilib. Belə ki, "Eurovision" fan səhifələri Samirəyə məqalələr həsr edir, əcnəbi bloqqerlər onun ünvanına təriflər yağdırır. Həmçinin, sözügedən klip yutubda Azərbaycan və Türkiyə üzrə trendə düşüb, yarım milyona yaxın insan izləyib.

Bukmeykerlər də Azərbaycanla bağlı ürəkaçan proqnozlar irəli sürürlər. Qeyd olunur ki, ifaçı yarımfinaldakı səhnə şousundan sonra ilk 5-likdə yer ala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.