Aktyor, ssenarist Sərxan Kərəmoğlu bir müddət əvvəl Azərbaycandan Moskvaya köçüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb isə Azərbaycanda pandemiya səbəbi ilə kütləvi məclislərə qadağa qoyulmasıdır.
Aktyor bildirir ki, Moskvada hər şey öz yolundadır: "Şayiələrə görə Azərbaycanda yenə hər yer bağlanacaq. Doğrudur? Bilən varsa yazsın, xəbərimiz olsun. Moskvada insanları bezdirmirlər. Allah bizə kömək olsun".
Qeyd edək ki, Sərxan Kərəmoğlu iki xanım ifaçı ilə birgə "Qayınana" adlı qrup yaradıb və orada toy məclislərini idarə edir.
Milli.Az