Şou-biznes

"İştirak etmədiyim məclisdə məni necə vura bilərlər?"

10 Mart 2021 15:11
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşıq Fəzail Miskin iş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu "Hollivud" restoranında baş verdiyi iddia olunan məsələyə münasibət bildirib.

Milli.Az bildirir ki, unikal.org-a açıqlama verən F.Miskinli adıçəkilən restoranda ziyafətdə iştirak etmədiyini deyib:

"Mən, ümumiyyətlə, o restoranda iki il öncə olmuşam. İstənilən şadlıqda dava ola bilər. Əgər belə şey olsa, deyərdim. Mən aşıq olmaqla bərabər pedaqoqam. Gənclərə təhsil və tərbiyə verirəm. Mən onlara örnək olmaq üçün hər addımıma fikir verirəm. Tanışlarım bu xəbərdən narahat olub, mənimlə əlaqə saxlayırlar. İnanın səmimiyyətimə, mən həmin restoranda bu yaxınlarda olmamışam. İştirak etmədiyim məclisdə məni necə vura bilərlər?"

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.