Şou-biznes

Könül Kərimova sənət adamları haqda: "Biabırçı dərəcədə qısqancdılar"

8 Mart 2021 16:04
Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Könül Kərimova şou-biznes nümayəndələrinin qısqanclığından bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Söhbət var" proqramında danışan müğənni türkiyəli ifaçı Sərdar Ortacın xanəndə Elnarə Abdullayevanın ifasını dinləməsini tərifləyib:

"Sərdar Ortacın Elnarə Abdullayevanın səsini tərifləməsinə təəccübləndim, xoş təsir etdi. O qədər safdılar ki, səsi, ürəyi olanı dilə gətirirlər. Tək Sərdar Ortaç deyil, hamısı belədir. Bizdə belə deyil. Qısqanclıq aşırı, biabırçı dərəcədədir. Bir də şükür ki, bizdə səsi olanı gördülər.

Sənətkar sənətkarı necə görməyə bilər? Birindən soruşsan ki, Elnarə necə oxuyur, başlayacaq bir nöqsan axtarmağa".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.