“Qonşularımıza biskvit satıb, pul qazanırdım”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk dəfədi anamla şəklimi paylaşıram. Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o, həm çalışıb, həm də bizə baxıb, böyüdüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkədə yazıb. Anası ilə fotosunu yayımlayan müğənni bunları əlavə edib:
"İngilis dili müəllimi olmasına baxmayaraq, günün ikinci yarısı mən, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların çirkli paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni anam bütün bu əziyyətləri keçmiş bir qadındır.
Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, 1-dən 5-ə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəm ki, heç kəsə möhtac qalmayacaqsan, öz evin olacaq, kirayədə yaşamayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!
Anam kimi yüzlərlə belə zəhmətkeş xanımlar var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin!
Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
XƏBƏR LENTİ
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi





