Şou-biznes

"O torpaqlarda oxuyub-oynamağa ürəyim gəlməz"

12 Fevral 2021 18:42
Baxış: 1 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uzun müddətdir efirə çıxmıram, heç bu haqda düşünmürəm də. İstəmirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli İnstaqramda canlı yayımda deyib. Müğənni izləyicilərinin suallarını cavablandırıb.

N.Ələsgərli işğaldan azad olunmuş torpaqlarımızda konsert verməyi planlaşdıran sənətçilərə söz atıb:

"İşğaldan azad edilən torpaqlarımızı ziyarət etmək istəyirəm, edəcəm də. Amma o torpaqlarda oxuya bilmərəm. Mənim ürəyim gəlməz orada konsert vermək. Oranın hər qarışında bizim gənclərimizin ruhu var. Adamın orada çalış-oynamağa ürəyi dözməz. Mən edə bilmərəm. Yəqin cavanlar edər. Cavanlarımız gedər, oxuyub-oynayarlar, kef edərlər. Amma məncə, bizim nəsil etməz, o qədər ürəkaçıqlığı ilə getməz".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.