Şou-biznes

Natəvan Həbibi hansı sənətkarları seçdi?

27 Aprel 2010 14:56
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, xalq artisti Niyaməddin Musayevin və əməkdar artist Baloğlan Əşrəfovun mahnılarını ifa edəcək. Bu maraq onda səfərlərindin biri zamanı uzun yol qət edərkən yaranıb: "Yol boyu Baloğlan müəllimin köhnə mahnılarına qulaq asdım və öz-özümə düşündüm ki, Baloğlan Əşrəfovun necə gözəl mahnıları var, heç bilmirdim. Belə qənaətə gəldim ki, bunlardan bir neçəsini öz ifamda təzələyim. Amma sənətkarın bundan xəbəri olacaq".

Müğənni deyir ki, retro mahnıların çoxundan xəbərsiz olması onun günahı deyil.

"Gərək bu mahnılar radiolarda, efirdə səsləndirilsin ki, biz də eşidək. Artıq həm Niyaməddin Musayevin, həm də Baloğlan Əşrəfovun köhnə mahnıları arasında seçimimi etmişəm. Amma adlarını açıqlamayacam. Ehtiyat edirəm ki, mən hazırlaşana qədər kimsə onları mənimsəyər" - deyə Natəvan Həbibi bildirdi.

Müğənni seçilmiş mahnıları aranjeman etdirdikdən sonra oxuyacağını bildirdi.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.