Şou-biznes

"Məni uşaqlarımla vurmaq istədilər" - Roza Zərgərli - VİDEO

10 Fevral 2021 14:58
Baxış: 1 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə kimi heç bir sponsorun köməkliyi ilə çıxmamışam. Zülmlə qazanıb, ağıllı hərəkət edib gündəmə gəlmişəm. Öz övladımdan başqa övladlara da analıq etmişəm. Bunu heç kim bilməyəcəkdi, təsadüflə ortaya çıxdı. Başqa sənət yoldaşlarımız başqa adla bunu gündəmə gətirdilər. Mən də məcbur olub açıqladım. Yetim uşaqların qəlbini sındırdınız.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli "Günə bir şou" proqramında deyib. Sənətçi övladlığa götürdüyü oğullarından danışıb:

"Bir dəfə açıqladım ki, məni uşaqlarımla vura bilərsiniz. Bu sözümü götürüb, uşaqlarımla məni vurmağa çalışdılar. Yanılırsınız, yaxşı müəllim tələbəyə hər şeyi öyrətmir. Məni məhv etmək üçün bu dünyadan yox etməlisiz".

Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adlı qızı, iki oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.