Şou-biznes

Gənc muğam ifaçısının Şamaxıdakı evindən görüntülər - FOTO

8 Fevral 2021 18:49
Baxış: 4 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dönə bilsəm" verilişi muğam ifaçısı Mirələm Mirələmovun Şamaxıda yerləşən evində qonaq olub.

Milli.Az lent.az-a istinadla bildirir ki, proqramda ifaçının anası Lətifə xanım danışıb: "Miərələm balaca vaxtı dələduz idi. Hara gedirdi dalaşırdı. Hər zaman uşaqları döyüb gəlirdi. Heç bir zaman döyülməyib. Mən xoşlamıram ki, övlad döyülüb evə gəlsin.

Mirələmin atası Fərman Mirələmov da oğlu barədə fikirlərini bölüşüb: "Onda tələbə idi, fəhlə işlədi, 75 manat pul qazandı, onu da mənə gətirib verdi. Mən uşaq döyən olmamışam. Heç vaxt Mirələmi döyməmişəm".

Mirələm isə valideyinlərindən danışanda göz yaşlarına hakim ola bilməyib: "Orta məktəbdə şənlik idi. O vaxt atam əməliyyat olunmuşdu. Anam da pul vermişdi, demişdi ki, istifadə edərsən, yarısını da saxlayarsan. Evə gəldim, anam məni döydü ki, pulu niyə çox xərcləmisən. Amma o günlər olmasaydı, yolumu azardım. Hər zaman elə mövzular var ki, o mövzulardan qaçmışam. Valideyn mövzusu mənim üçün ən həssas mövzudur. Elə anlar var ki, heç bir zaman mənim yadımdan çıxmaz".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.