Şou-biznes

Küsülü olduğu müğənnidən Flora Kərimova haqda gözlənilməz sözlər - VİDEO

8 Fevral 2021 12:51
Baxış: 2 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim aramızda 32 il fərq var. Yaşını, ağbirçəkliyini, böyük sənətini sevərək həyatıma davam edirəm. Bu yaxınlarda nənə olmalıdır. Allah o səadəti doyacan yaşamağı ona qismət etsin.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" proqramında illərdir küsülü olduğu Xalq artisti Flora Kərimovanın ünvanına deyib. Müğənni Kərimova ilə bağlı suallara belə cavab verib:

"Darıxmışıq, mahnılar yazdırsın. Allahın lütfi üzərində, səsi yerindədir. Flora Kərimovanın ifaları Azərbaycan xalqına lazımdır. O, çox zəngin sənət baqajı olan insandır. Bizim aramızda çox səmimi münasibət olub. Mən Bakıda olmayanda ailəmə, atama zəng vurub danışırdı. Heç mənə demədən... Baxın, mən onu qoruyub saxlayıram. Ondan o yana keçmək istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.