Əməkdar artist Firuzə İbadovanın Milli.Az-a müsahibəsi.
- Deyə bilərsinizmi, sənət Firuzə xanımın əlindən nəyi aldı?
- Deməzdim ki, sənət əlimdən nəyisə alıb. Sadəcə, cılız müğənniciklərə güzəştə gedib onlara şans verdiyimizdən, indi çətinlik çəkirik. Amma bu sənət mənə hörmət bəxş elədi, sevgi auditoriyası topladı. Tamaşaçı rəğbəti qazandım.
- Lakin etiraf edək ki, sənətdə duruş gətirmək, xanım müğənni üçün çətindir. Sevgi, alqış ona fərəh gətirir, ancaq həyat tək bunula bitirmi?
- Bəli, biz sənət adamları diqqət mərkəzində olduğumuzdan bu, önə çəkilir. Daxili əzablarımız pərdə arxasında qalır, səhnəyə çıxarkən üzümüz gülür. Tamaşaçı şux mahnılar dinləmək istəyir, xalq üçün çalışan hər bir sənətkar da onun arzusunu yerinə yetirməlidir. Yorulsam da, yük daşımaqdan çiyinlərim ağrısa da, bunu gizlətmək məcburiyyətindəyəm. Kədər mənimkidir.
- Nəticədə sənət sizi bir qadın olaraq yarı yolda qoydu...
- Sənətkar xanımın ömür-gün yoldaşı, söykənməyə arxası yoxdursa, çox çətindir.
- Həyatda arxa-dayaqsız bir xanım sənətçi üçün söykənəcəyin olmaması sizi ruhdan salmır ki?
- Tanrıma şükürlər olsun. Hərdən düşünürəm ki, iki övladım olsaydı, nə edərdim. Necə böyüdərdim onları? Hansı çətinliklərlə üzləşərdim? Ömür-gün yoldaşın yoxdursa, deməli dayağın yoxdur. Xanım müğənni diqqət mərkəzində olduğundan, ilk növbədə təmiz adını qorumalıdır. Hər zaman da bunları nəzərə almışam. İstər mənəvi, istər maddi, istərsə də psixoloji cəhətdən çox çətindir.
Şou-biznesdə bu gün çox ləkəli insanlar var. Bu sənəti ifrat dərəcəyə gətirən qadınlar var. Belə qadınlara görə çox utanıram. Utanıram ki, ekrana çıxıb iç dünyalarını, şəxsi həyatlarını nümayiş etdirirlər. Başa düşmürlər ki, xalq bizi qınayır. Bizim sənətimiz çox müqəddəsdir. Səhnə elə belə şey deyil. Tamaşaçıdan icazəsiz evlərinə qonaq gələndə, ağsaqqalı, ağbirçəyi, uşaqları düşünməliyik. Bizi zirvəyə yüksəldən xalqdır. Bizi alqışlayan tamaşaçıların qarşısında minnətdarlıq əlaməti olaraq baş əyib səhnəni tərk edirik. Tamaşaçını təhqir etmək olmaz. Səhnəyə moda göstərmək üçün deyil, sənət nümayiş etdirmək üçün çıxırlar.
- Sonuncu dəfə həyatınızda nə vaxt çal-çağır olub? Ürəkdən sevinmisiniz?
- Qızımın toyu günü. Lakin gedişatda bəzi məyusluqlar yaşadıq. Görünür, bu da tale yazısı imiş, yaşamalıydıq. Xoşbəxtəm ki, nəvəm var. Onu dünyalar qədər istəyirəm. Məni bu gün ovudan da, təsəlli verən də odur.
- Firuzə İbadovanın bacısı haqqında da çox danışılır...
- Bəli, ən böyük kədərim, illərin sənət fədaisi olan bacımın günahsız olaraq suçlanmasıdır. Nəticədə o, mədəsindən əməliyyat keçirdi, xəstəliklərə düçar oldu. Gözlərində problemlər yarandı. Təəssüf edirəm ki, bəziləri anlamadılar ki, bacımın 38 illik karyerasını xar elədilər. O, bundan sonra hansı ruh yüksəkliyi ilə, necə tamaşa oynayacaq?
Mən bacımla fəxr edirəm. Çünki o, hər zaman başımızı uca edib. Lakin bir iftiranın qurbanı oldu. Bu barədə mətbuata danışmırdım, indi artıq susmayacağam. Əminəm ki, hər kəs öz cəzasını alacaq. Haqq yerini tapacaq. Bacıma böhtan atan insanlara ar olsun! İnsan məzlum olanda, abır-həya gözləyəndə ona zərbə vurmazlar. Biz ailədə çox çətinliklər görmüşük. Anamız bizi yağ-balla böyütməyib. Atalı ikən atasız qalmışıq. Mən iki-üç yaşında ikən atam bizi atıb və ikinci dəfə anamdan şəxsiyyətdə çox aşağı olan bir insanla ailə qurub.
- Və o vaxtdan atanızı görməmisiniz?
- O bizi axtarmadı. Onu görməmişəm, görmək də istəmirəm. Ailədə iki bacı, iki qardaş olmuşuq. Böyük qardaşım dünyasını dəyişib.
- Bir qadın üçün bu qədər yükü daşımaq və eyni zamanda insanlara xoş ovqat bəxş etmək nə dərəcədə çətindir?
- İnsanlara sevgim o qədər böyükdür ki, qəlbimə dəyən adamı belə bağışlayıram. Çətinlikləri səhnə arxasında ona görə qoydum ki, məni bu zirvələrə qaldıran insanlara borcluyam və onların günahı yox idi ki, mənim problemim var.
- Əslində necə idi?
- Əslində... heç vaxt xoşbəxt olmamışam. Xoşbəxtliyim, yeganə övladım Hülya, nəvəm, bir də sənətimdir. Və ona görə xoşbəxtəm ki, anam yanımdadır. Mənə dayaq ola biləcək yeganə varlığım - anam var.
- Tək-tənha daşıdınız bu yükü, ya həyatınızda dərdinizi bölüşəcək kimsə var?
- Tək olmağa artıq alışmışam. 40 yaşımdan təkəm. Həyat yoldaşım dünyasını erkən dəyişib. Gündüzlər kimsə görməsin deyə gecələr göz yaşı töküb ağlayırdım. Körpəmi sinəmə sıxır, gözləyirdim yuxuya getsin, göz yaşlarımı görməsin. Gənc idim. Ağrı-acını qəlbimdə yaşayırdım. Amma illər ötdükcə təskinlik tapdım övladımla.
- Qadının hər zaman sevgiyə, diqqətə, qayğıya ehtiyacı var. Tək olanda qəribsəyirsiniz?
- Heç nə Tanrının nəzərindən qaçmır. Mən hər zaman özümə qiymət verən və xanımlığımı qoruyub saxlayan olmuşam. Hər addımımı ölçüb-biçmişəm. Özümü doğru, düzgün apardığım üçün Allahım, mənə qardaşım qədər hörmət etdiyim Cavanşir Məmmədovu göndərdi. Onun ailəsinə böyük ehtiramım var. Bir kənara çəkilmişdim. Heç kim bilmirdi haradayam, niyə yoxam. Qanlı-qadalı 20 yanvar faciəsindən çox təsirlənmişdim. Dövlət Televiziya və Radiosunun sifarişi ilə mənim səsim üçün yazılmış "Şəhidlər ağısı"nı oxumuşdum. Əsgərlər qarşısında konsertlər verirdim. Cavanşir müəllim və onun kollektivi ilə tanış olandan sonra sıxıntıdan qurtuldum. Artıq 15 ilə yaxındır bu sədaqətli kollektivlə çalışıram.
- Firuzə xanımın bu gün nəyi çatmır?
- Tam xoşbəxt olmağım üçün bacımı yanımda görmək istəyirəm. Erkən dünyasını dəyişmiş qardaşım, ömür-gün yoldaşımın vaxtsız vəfatı, sevincimə mane olur. Amma Tanrıma minnətdaram. Mənə səs verib, sənətim var və mənə arxa olan Cavanşir müəllim kimi qardaşımla çalışıram. Ona ömrüm boyu borcluyam. Dünyasını dəyişmiş qardaşımın adı da Cavanşir idi.
- Özünüzə tez-tez hansı sualları verirsiniz?
- Bir sonu varmı görəsən bu acıların, iztirabların? Nə vaxt bitəcək? Sual verib, cavabını da tapıram. Sonu var. Deyirəm darıxma, hər şey yaxşı olacaq, bir az səbr et. Çox kövrək insanam. Haqsızlıqdan tez məyus oluram.
Özümə verdiyim bir sual da var: niyə birinci ola bilmədim? Çünki sakitəm, zirəkliyim yoxdur, özümü reklam etmirəm. Od kimi püskürməyi sevmirəm.
- Heç düşünərdinizmi, kimisə qıcıqlandıra bilərsiniz?
- Əsla. Bəzilərini görünür qıcıqlandırdı. Amma nədən, bilmirəm. Görünür Cavanşir müəllimin rəhbərlik etdiyi ansamblla getdiyimiz toyların reytinqi yüksək olduğundandır. Toy sınaq meydanıdır, bu imtahandan da biz həmişə alnıaçıq, üzüağ çıxmışıq. Yəqin bunu görən paxıllar dözə bilməyib, hisslərini büruzə veriblər.
- Həmin müğənnilərə mesajınız varmı?
- Paxıllıq etməyin, çünki bu hiss şeytana məxsusdur. Toy sahibləri ilə danışarkən özünüzdən yüksək qiymətlər icad etməyin. Biz tanınmağımız üçün xalqa borcluyuq. Sizi müğənni kimi övladının toyuna dəvət edən insanların cibinə uyğun qiymət söyləyin. Eynəklə toy oxumayın. Bu, tamaşaçıya hörmətsizlikdir. Oxumağınıza fikir verin. Toylarda fonoqramla oxuyub camaatı aldatmayın!
Tahirə
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Firuzə İbadova şəxsi həyatı ilə bağlı bu günə qədər danışmadığı məqamları açıqladı
25 Yanvar 2012 03:00
0 Şərh
Baxış: 18 091

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Amerika üzüldükcə, Çin zirvəyə doğru qalxır
-
Bakının bu ərazisində söküntü başladı - FOTO
-
Zirə kəndinin işıqları KƏSİLƏCƏK
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Türkiyədə 20 yaşlı tələbə meşədə ölü tapıldı - 5 nəfər saxlanıldı - FOTO
-
Maliyyə baxımından ən şanslı bürclər - Avqust ayında kimlər irəliləyəcək?
-
Myanma prezidentinin səlahiyyətlərini icra edən şəxs vəfat etdi
-
Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
-
Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir - FOTO
-
Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü - xəsarət alanlar var
-
7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
-
Ağ Evdən təcili tapşırıq - Tramp Putin və Zelenski ilə görüş istəyir
-
ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qaz nəqlini təmin edən infrastruktura hücumuna münasibət bildirib
-
“Fənərbağça” uduzdu - gecənin nəticələri
-
Elnur Məmmədliyə vəzifə verildi
-
Bred Pittə ağır İTKİ - FOTO
-
Rubl və avro bahalaşdı, dolların qiyməti isə... - RƏSMİ
-
"Nəsə olan kimi məni sənətimlə vururlar"
-
Uşağın cinsiyyəti barədə qədim İNANCLAR – həkimə getmədən özünüz tapacaqsınız
-
Xiyar turşusunu düzgün bağlamağın üsulları - Turşu atmasının qarşısını alın
-
Psixoloqlar: “Bu insanların bir sıra superqabiliyyətləri var”
-
Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq
-
Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi aşkarlanıb - Nevroloqdan tövsiyələr
-
İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ