Şou-biznes

Rəmiş səhhətindən danışdı

8 Yanvar 2021 11:09
Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım musiqiçinin səhhətindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, video müraciət yayaraq Rəmişin xəstəliyi haqda yazılmasının onu narahat etdiyini bildirib:

"Rəmişin sənətindən danışın. Rəmiş öldü, qaldı kimə nə? Şəhidlərdən danışın".

Gitara ifaçısı isə "Hamıya can sağlığı diləyirəm. Məndən narahat olmayın. Səhhətimdən olmayan şeylər yazılmasın" sözlərini əlavə edib.

Qeyd edək ki, rejissor Mahir Hüseynbəyli Rəmişin xəstə olduğu, onun vəziyyətinin getdikcə ağırlaşdığı haqda sosial şəbəkədə məlumat yayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.