Palatada həyat yoldaşını tək qoymayan Ulvira, polislərə ifadə verən Tərlanı hər şeyi olduğu kimi danışmağa razı salırdı.
Cütlük, foto çəkmək istəyimizə də qarşı çıxmadı. Yaşadıqları arzuolunmaz hadisəyə baxmayaraq gülümsəməyi bacardılar. Əsl sevgi və məhəbbət nümayiş etdirmələri cəsarətli olduqlarını bir daha təsdiqlədi.
Onlar 3 aya yaxındır ki, ailə qurublar. İzdivaclarını rəsmiləşdirməkdən çəkinməyən Qarayeva ilə Mustafayev özlərini çox xoşbəxt hiss etdiklərini də söylədilər.
Qeyd edək ki, bıçaqlanma faktı ilə bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Şahin Cavadsoy
Milli.Az
Fotolar müəllifindir.











