Şou-biznes

"Ay ata, bəs deyirdin müharibə qurtardı"

15 Dekabr 2020 10:12
Baxış: 6 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Gülay Zeynallı bu gün həbs edilən keçmiş həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə bağlı duyğusal paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi onların birgə fotosunu sosial şəbəkədə bölüşərək bunları yazıb:

"Qızım, ata əsgər getdi, tez gələcək. Qızımın cavabı: Ay ata, bəs deyirdin müharibə qurtardı. İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı. Allah heç bir valideyni övladı qarşısında cavabsız etməsin".

Qeyd edək ki, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. İdmançının barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib və onun haqda 30 sutka inzibati həbs qərarı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.