Şou-biznes

"Virus Allahın müğənnilərə ədaləti oldu, günə 15 min qazanırdılar"

7 Dekabr 2020 15:58
Baxış: 2 695
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pula yanaşma başqadır. Ruzini Allah verir. Çox pulum olsun iddiasında deyiləm. Yaşaya bilim, nəşə olsun. Bu problem bütün dünyadadır. Ona görə də adam qıcıq ola bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Xəbər-ətər" proqramında deyib.

"Allah ədalətidir. Müğənnilərə qarşı isə lap ədalətli oldu. Düzgün deyildi, günə 10-15 min qazanırdılar. İndi Allah onların qapısını açsın.

Həm də hamısı artıq öz yerinə qayıdır".

Elməddin rol aldığı filmlərin satılmadığını da etiraf edib:

"Çəkildiyim filmlərdən faizlə işləyirdim. "Qaragöz" filmi satılmadı və pul almadım. "Xoxan", "Naxox" satıldı, yaxşı oldu. İki-üç il çəkildiyim film satılmadı. Mən də səsimi çıxarmadım ki, bilsələr satılmır, çəkməyəcəklər. İndi rahat etiraf edirəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.