"Başqaları məni gözəl görəcək deyə bədənimə zərər vermək istəmirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdmançıların, sənət adamlarının karyerası məhvə gedir. Bir çox sahələr işsiz qalıb. Evini, avtomobilini satan insanlar ümidlə yaşayırlar ki, tez bir vaxtda düzələr. İşləyib qazanacaqlarına, əvvəlki həyata dönə biləcəklərinə ümid edirlər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi pandemiya dövründə fəaliyyətini dayandıran iş yerlərindən danışıb:
"Halbuki əvvəlki həyatlarını daha da komfortlu, yaxşıya dəyişəcəklərini planlayırdılar. Pozitivə yüklənib, ümid etmək insanı xəyal qırıqlığına, məhvə apara bilər. Boş xəyallar qurmaq vaxtı deyil. Çətindir, bilirəm. Amma reallığı dərk etmək lazımdır.
Xərclərinizi azaldın. Yalnız vacib lazım olan məhsulları və əşyaları alın. Qənaət etməyi öyrənin. Orqanik məhsullara üstünlük verin. Bitkilər haqqında yetərincə məlumat var. Bitkilərdən daha çox istifadə edin, nəinki dərmanlardan. Bütün canlılar özlərini bitkilərlə müalicə edə bilir. Əzəldən insanlar da bacarırdı. Kəndlərdən, bölgələrdən alın qida məhsullarını (onların da qazancı olsun). Qiymətləri endirin. Başqa çarəmiz yoxdur. Həyatımızı əvvəlki kimi etməyə yox, bu vəziyyətdən çıxış yolu tapmağa çalışmalıyıq.
Mən demək olar ki, salona getmirəm (hər gün gedirdim). Manikür və pedikür etdirirəm ayda 1-2 dəfə, boya dasürtmürəm. Dırnaqlarım kimyəvi, zərərli maddələrdən dincəlsin.
Saçlarım sarışın daha gözəl idi. Amma saçlarımı zədələnmədən qorumaq üçün rəngini dəyişdim, kəsdim ki, daha canlı olsun. Özümü daha çox sevməyə başladım. Başqaları məni daha gözəl görəcək deyə öz bədənimə zərər vermək istəmirəm. Qorumaq istəyirəm saçlarımı, dırnaqlarımı. Hündürdaban ayaqqabılardan bezmişdim, neçə vaxtdır geyinmirəm, necə də rahatam bir bilsəniz.
Kitab oxuyun, dostlar. Beyninizi qidasız qoymayın. "Kim nə deyər"ləri düşünməyin artıq. Rahat olun"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə





