Şou-biznes

"Şuşaya bayraq sancan əsgərin barmağına brilyant üzük taxacağıq"

16 Noyabr 2020 10:24
Baxış: 3 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təməlli köçəcəm Şuşaya. Kim səsimi eşitmək, məni görmək istəsə, Şuşaya gəlsin. Orada Mədəniyyət Evində konsert verəcəm. Orada yaşayacam. Evim məsciddən aşağıdadır. Deyirlər, evim qalır. Çünki içində erməni yaşayırmış. İndi bilmirəm, çıxanda dağıdar, ya yox".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Avdullayeva "Ay Zaur" proqramında deyib. Müğənni bildirib ki, bundan sonrakı həyatını Şuşada yaşamaq istəyir.

"Gəlinimin anası deyir ki, Şuşaya bayrağımızı sancan əsgərə brilyant üzüyümü bağışlayacam. İndi biləcəyik, həmin əsgər kimdir, aparıb barmağına taxacayıq" deyə, Abdullayeva sözlərinə davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.