“Şuşadakı məhləmizi darmadağın ediblər” - Firəngiz Mütəllimova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Şuşada doğulmuş biri kimi təsəvvür edə bilməzsiniz necə həyəcanlıyam. Evimizi, məhləmizi darmadağın ediblər. Bu yaxınlarda bizim küçənin fotosu yayıldı. Evimiz tarixi binalar olan bir yerdə idi. Baxıram, bütün işğal etdikləri yerlərimizi nə günə qoyublar, terror yuvasına, xarabalığa döndəriblər. Onlar bilirdilər ki, bir gün oralardan gedəcəklər, ona görə də dağıdıblar".
Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova bildirib. Aktrisa deyib ki, illərdir içində qubar bağlayan Şuşa həsrətinin bitməsinə sayılı günlər qalıb:
"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin, itkimiz az olsun. Heç bir dünya ölkələrinin yanında başıaşağı olmayaq. Qüdrətli, güclü biri kimi dayanaq. İllərdir Xocalı soyqırımında öldürülən körpələrin fotolarına göz yaşı ilə baxırıq. İndi də Gəncədə, Bərdədə öldürülən günahsız körpələri görəndə ürəyim parçalanır. Kimə nə pislik edirik, niyə dünya buna susur? Allah hamımıza səbr versin...
Şuşaya ilk girəcəyim an yaşayacağım hissi təsəvvürümə belə gətirə bilmirəm. Nələr yaşayacam... Ayağımı həmin torpağa basanda nə olacaq bir Allah bilir. 1991-ci ildə Şuşada atamın 60 illik yubileyini keçirdik. Sonra bir daha ora gedə bilmədim, çünki düşmən başladı atmağa, yolları kəsdilər. Nigaran qalırdım, hər gün evə zəng edib valideynlərimin halını soruşurdum. Qarabağlılar bu hissləri çox yaşayıblar. Sonra başladılar əhalini oradan çıxarmağa. Şuşadan ən son atam çıxmışdı. Güclə avtobusa mindirib gətirmişdilər. Ondan əvvəl anam və bacılarım gəlmişdi. Atam gələndə anam soruşdu ki, soyuducunu "tok"dan çıxardın? "Yox" deyəndə, evdə bir dava düşdü ki... Atam dedi, səni başa sala bilmirəm, Şuşa artıq yoxdur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
İlham Mirzəyev evə buraxıldı
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





