Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnternetdə ilk dəfə - Aygün Kazımovadan "Səssiz sinema" - VİDEO - FOTO
4 Yanvar 2012 13:50
1 Şərh
Baxış: 2 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çağdaş estradanın sevilən siması, Azərbaycanın xalq artisti Aygün Kazımova 2012-ci ildə tamaşaçılarını "Səssiz sinema" adlı mahnısına çəkdirdiyi klipi ilə sevindirməkdə qərarlıdır. Vizual ekran işini internetdə ilk dəfə Milli.Az-ın oxucularına təqdim etməkdə maraqlı olan Aygün xanım, ərsəyə gətirdikləri layihənin təfərrüatları barəsində bunları söylədi:
"Ötən ilin yayında musiqisi Sevinc Tağıyevaya, sözləri Sevinc Şirinə məxsus olan "Düşün məni" hitini ekranlaşdıran peşəkar komanda türkiyəli bəstəkar Hakan Erolun, sevimli şairələrimdən olan Leylinin sözlərinə yazdığı "Səssiz sinema"nı da yüksək səviyyədə lentə aldılar. Yadınızdadırsa, söyləmişdim ki, hər iki klipi çəkməkdən ötrü Türkiyədən 22 nəfərlik peşəkar heyət Bakıya gəlmişdi. İkinci klipimin çəkilişləri çoxdan yekunlaşsa da, montajı ötən ilin son günlərində bitdi. Və qərara gəldik ki, klip 2012-ci ildən etibarən ilk ekran işi kimi nümayiş olunsun.
Çəkilişlər beş müxtəlif kamera ilə Bakıdakı Kukla Teatrı və onun yaxınlığındakı keçiddə gerçəkləşdi. Süjet xəttinə gəldikdə isə əsas qəhrəman kimi özüm çəkilmişəm. Aşiqlərin səssiz sevgilərindən oxuyan müğənni obrazını yaratmışam. Mahnının mövzusu çox düşündürücü notlar üzərindədir. Kimsə yenə də özünü tapacaq, bəziləri yaşadıqlarını xatırlayacaqlar. Bəlkə də kimsə belə bir sevgini yaşayır. Leylinin sözlərinə, əminəm ki, sevginin nə olduğunu bilən insanlar biganə qalmayacaqlar. Mahnı real hitə namizəddir. Klipdən çox razıyam. İlk baxışdan sadə təsiri bağışlayan ekran işinə tamaşa edəcək oxucularınız keyfiyyəti asanlıqla sezə biləcəklər".
Meqastar Tarkanın "Acımıyacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac və bir çox türk ulduzlarının kliplərini çəkmiş rejissorun kimliyini yenə də açıqlamaq istəməyən "milli Beyonce", ekran işinə xərclənən maliyyə vəsaiti barəsində bunları söylədi:
""70 min avroluq klip çəkdirəcəyəm" söyləyəndə mən təkcə "Düşün məni" mahnısını nəzərdə tutmamışdım. Əslində, bu məbləğ iki klipin ümumi dəyəri idi. Buraya Türkiyədən gəlmiş heyətin Bakıda qalmaqları və klip üçün sərf olunmuş xərclər daxildir. Təbii, fərqli layihələr ərsəyə gətirməkdən ötrü pul xərcləmək mütləqdir. Şadam ki, çəkdiyimiz zəhmət zövqlü bir kliplə bütünləşdi. İnşallah, tamaşaçılar da uğurumuza sevinib, gördüyüm işə öz müsbət qiymətlərini verərlər".
"Sizin Aygün olmaq asan iş deyil. Yaşadan, sevən və sevənlər üçün Aygündən bu kimi yenilikləri hələ çox gözləyin, əzizlərim", - həmişə pozitiv olan xalq artisti fikirlərini bu sözlərlə tamamladı.
Şahin Cavadsoy
Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)