Şou-biznes

İki azərbaycanlı rəqqasə arasında "müharibə" başlanıb

4 Yanvar 2012 09:43
0 Şərh     Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, münaqişənin səbəbi bu rəqqasələrdən hansı birinin hind rəqslərini peşəkarcasına ifa etməsidir.

"Çox həssas insanam və buna görə də kulisdə Oksanaya əvvəlcədən dedim ki, İlhamla birlikdə onun yolunun üstündə durmuruq. Hər halda düşmən deyilik. O, məni təbdən çıxgarmağın çox asan olduğunu bilir və qəsdən belə edir. Hesab edirəm ki, hamımız özümüzü söhbətlərlə yox, rəqslərlə göstərməliyik. O, səhnəyə çıxdığı ilk gündən mənə atmacalar atırdı. Hətta efirdə demişdi ki, bizi peşəkar rəqqasələr kimi görmür. Halbuki 15 ildir ki, tək hind yox, başqa rəqsləri də ifa edirəm. Oksana isə hind rəqslərindən savayı heç nə bilmir. O, deyir ki, toylarda rəqs edərsə, "paqonları düşər". Halbuki toylarda rəqs edir", - Fatimə deyib.

Oksana isə öz növbəsində bir daha qeyd edib ki, Fatimə və İlhamı hind rəqslərinin peşəkar rəqqasları kimi görmür.

"21 ildir ki, hind rəqsləri ilə məşğulam. Demək olar ki, qədim hind rəqsi "Kat Kat"ı Azərbaycanda peşəkarcasına ifa edə bilən yeganə rəqqasəyəm. Əlbəttə, hər rəqqasənin öz fanatları var. Buraya yeni gələndə Fatimə artıq bir neçə ildi ki, səhnədə idi. Lakin onu hind rəqslərinin yox, xalq rəqslərinin ifaçısı kimi tanıyırdım. Bu barədə heç nə deyə bilmərəm, çünki xalq rəqslərinə yaxşı bələd deyiləm. Hind rəqslərinə gəldikdə isə, bu rəqslərdə onları peşəkar saymıram. Çünki Fatimənin rəqsləri stilizasiyadır. Toylara gəldikdə isə, bəli, bir neçə toyda oynamışam və buna görə pul almamışam. Sadəcə, hesab edirəm ki, bir toydan çıxıb başqasına getsəm - rəqsimin keyfiyyəti itəcək. Tamaşaçıların rəqsimdən həzz almalarını istəyirəm", - Oksana deyib.

Milli.Az isə öz növbəsində bildirir ki, Hindistanda "Kat Kat" rəqsi yoxdur. Olan Hindistanın şimalındakı Uttar-Pradeş ştatının ənənəvi "kathak" rəqsidir. Adının mənası sanksritcə "rəvayətçi" olan bu rəqs qədim məbədlərdən çıxıb və ilk dönəmlər brahmanların ifasında təqdim olunurdu.

Brahman ilkin dönəmlərdə Krişna və Radhadan bəhs edirdisə, sonralar bu rəvayətlərə pantomima və rəqs, simvolik jestlər əlavə olundu.

Solo ifa zamanı kathak "tode", "tuk-de", "parana", "paramela" və "tarana" adlı kiçik "nritta" kompoziyalardan ibarət olur. Hər kompozisiya müəyyən ritmdə - "tala"da rəqs edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.