Şou-biznes

"Kişiciklər qadınlarına ləkə yaxıb namussuz damğası vururlar"

7 Sentyabr 2020 10:33
Baxış: 2 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna bir dur deyən tapılacaqmı?

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva  sosial şəbəkədə yazıb. Aktrisa qadına şiddətdən bəhs edərkən bunları əlavə edib:

"Psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar. Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayyət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.