Şou-biznes

“İnsanları zəhərləyən müğənnilər xalqını sevə bilməz” - Sevda Ələkbərzadə

3 Sentyabr 2020 18:14
Baxış: 1 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Sevda Ələkbərzadə bayağı musiqini təbliğ edənləri tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "Yanar saat" radio proqramına qonaq olarkən danışıb.

Məhşur müğənni həmkarlarını qınayaraq onları vətəni sevməməkdə ittiham edib: "İnsanların musiqi zövqünü korlayan, onları zəhərləyən müğənnilər vətənini, xalqını sevə bilməz. Ölkələr sənətçiləri ilə tanınır. İtaliya deyəndə rejissorları, filmləri, rəssamları yada düşür. Bunu bütün ölkələrə aid edirəm. Dövlətlər sənətkarlarına görə sevilir, məşhurlaşır. Bu, vacib məsələdir. Hər bir ifaçı bunlara diqqət etməlidir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.