Şou-biznes

Rəhim Aygünlə küsülülük səbəbindən danışdı

6 İyul 2020 17:29
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni-bəstəkar Rəhim Rəhimli "Fəlidən doğru xəbər" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı ifaçıya sənət aləmindəki dostlarından sual ünvanlayıb. R.Rəhimli "Birini bilirəm, Aygün Kazımovadır" sözlərinə "Sizə elə gəlir" cavabını verib.

Müğənni daha sonra sənət aləmindən heç kimlə dostluq etmədiyini bildirib:

"Hazırda heç kimlə dostluq etmirəm. Sənə güvəndiyim dağlar sənə də qar yağdı. Bizim verəcəyimiz çoxdur. Daha çox biz həlak oluruq. Tərəziyə qoyanda mənim fədakarlığım daha çoxdur. Düşünürəm ki, bu qarşılıqlı olmalıdır. Sənət aləmində xanımla da, bəylə də dostluq etdim. Sonra qərar gəldim ki, heç kimlə dostluq etməyim".

Qeyd edək ki, R.Rəhimli ilə A.Kazımova uzun müddət yaxın dost olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.