Şou-biznes

"Evin içində nə yaşandığını bilmirsiz" - Fərda boşanmasından danışdı

1 İyul 2020 18:11
Baxış: 4 328
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu saat ən asan şey insanları qınamaqdır. Yaşadıqlarından insan sığortalanmayıb. Hamının başına gələ bilər. Evin içində nə baş verdiyini heç kim bilə bilməz".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi boşandığı üçün onu tənqid edənlərə cavab verib:

"Ayrıldım deyə, qınayırlar. İnsan yaşamadığı müddətdə qarşısındakını başa düşə bilməz. Oğullarım mənimdir, qardaşdırlar. Bu gün olmasa da, sabah onlar bir yerdə oturub-duracaqlar. O günlərin arzusu ilə yaşayıram".

Fərda artıq çəki almasından da bəhs edib. O bildirib ki, sosial şəbəkədə kökəldiyi üçün ona təhqirlər yazırlar:

"Su da içirəm kökəlirəm. Çox tənqid edilirdi ki, kökəlmisiniz. Ondan sonra başladım pəhrizə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.