Şou-biznes

"Kişi xanımından başqa qadınla cinsi əlaqədə olursa, xəyanət sayılmır" - Nura Suri

25 İyun 2020 09:23
Baxış: 8 812
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Kişi hansısa qadınla cinsi əlaqədə olursa, mən ona xəyanət kimi baxmıram. Xəyanət tam başqa bir şeydir. Əgər həyat yoldaşım gedib kiminləsə münasibətdə olub evə qayıtmayacaqsa, xəyanət odur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri "Ulduzun vaxtı" proqramında deyib. Sənətçi xəyanətdən danışıb:

"Əgər evinə qayıdırsa, hətta mən hiss etsəm də, üzünə vurmaram. Özümü onun getdiyi qadının səviyyəsinə salmaram, söhbəti böyütmərəm. Görməzlikdən gəlsəm, həmişə içində mənə qarşı sevgisi və hörməti olacaq. O qadın ki, var başlayacaq xəyanətdən sonra kişinin beynini yeməyə, onda içində rahatlıq yaranacaq ki, əcəb elədim. Kişilər fərqlidir. 3 oğul böyütmüşəm deyə belə rahat danışa bilirəm. Qadın bunu etməməlidir, hissləri ilə daha çox addım atmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.