Şou-biznes

Bu dəfə Dilarə Röyanı təkrarladı - FOTO

23 İyun 2020 23:09
Baxış: 3 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova paylaşımı ilə gündəmi silkələyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, uzun saçlarını kürəyinə atan sənətçi üzərinə qara rəngdə uzun "oversize" pencək, altdan isə bodi geyinmiş halda foto çəkdirib.

Dilarə seksual pozası ilə şəkildə incə və fit ayaqlarını ön plana çıxarıb. D.Kazımova yaxın günlərdə təqdim edəcəyi fotosessiyası ilə Xalq artisti Röya Ayxanın qalmaqallı layihəsini təkrarlamış olub.

Dilarənin həm geyimi, həm də verdiyi cazibədar pozlar Röyanın aylar öncə yaratdığı obrazlarla oxşarlıq təşkil edib.

Diqqət çəkən məqam isə hər iki sənətçinin fotolarının müəllifinin peşəkar fotoqraf Ruslan Nəbiyev olmasıdır.

Qeyd edək ki, müğənni Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Sənətçi ilk addımlarını "Milk and kisses" qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb.

Dilarə 2014-cü ildə Danimarkada keçirilən "Start a Fire" bəstəsi ilə "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.