Müğənnilər Natavan Həbibi və Ayan Babakişiyeva küsülü imiş.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Ayan "ATV maqazin onlarla" verilişində qonaq olarkən danışıb. O, "Küsülü olduğun bir müğənninin görüntüsünə şərh yazmışdın" sözlərinə belə reaksiya verib:
"Natavanın səhifəsində yox, başqa bir yerdə onla bağlı paylaşıma yazmışdım. Qarşıma çıxsa, övladını görsəm, yazaram Allah saxlasın. Yaş o yaş deyil ki, kin saxlayaq.
Allah onun balasını saxlasın. Sevinirəm ki, ana oldu. Bunun dadını çıxarsın, həyatdan zövq alsın".
Küsülü olmalarının səbəbini açıqlamaq istəməyən Ayan "İnsan özü öz yanından kin saxlayırsa, mən onu dağıda bilməyəcəm. Elə o kinlə də yaşayacaq" sözlərini əlavə edib.
Milli.Az