Şou-biznes

"Anasını itirəndən ata evində qalıb" - Hacı Nuran Könül Xasıyevanı ziyarət etdi

22 İyun 2020 11:14
Baxış: 2 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şəkiyə ayaq basar-basmaz ancaq Xalq artisti Könül Xasıyeva barəsində düşünürdüm. Onun Şəkidə olduğunu bilirdim. Anasını torpağa tapşırandan bəri doğma ata evində idi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl anasını itirən Xalq artisti Könül Xasıyevanı ziyarət edib. Hacı Nuran birlikdə fotolarını yayımlayaraq bunları yazıb:

"Bu koronavirus onu geri dönməyə qoymayıb. Darıxdığını, dostlarını özlədiyini bilirdim. Məni görən an yaşardığı gözlərini, titrəyən dodaqlarını, ürəkparçalayan sözlərini təsəvvür etməyiniz çətin deyil. Xeyli söhbətləşdik, anasından, gəncliyindən danışdı. Məni ən çox duyğulandıran onun son kəlməsi oldu: "Sən gəldin, elə bildim dünyam çiçək açdı". O an bir şeyi anladım: nə qədər ki, imkan var, bizə ehtiyacı olanları sevindirək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.