Şou-biznes

Nigar Camaldan heyrətləndirən idman hərəkətləri - “İki gün belə keçdi.." - VİDEO

8 İyun 2020 12:06
4 Şərh     Baxış: 3 726
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycana "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal yeni paylaşımı ilə gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, sənətçi ölkədə tətbiq edilən iki günlük sərt karantin rejimindən səmərəli istifadə edib.

Belə ki, şou-biznesin məşhur xanım müğənnisi evdə idmanla məşğul olub. Nigarın idman məşqi ilə yanaşı, məharətlə akrobatik hərəkətlər etməsi isə diqqətdən qaçmayıb.

Nigar Camal həmin anların əks olunduğu görüntüləri sosial media hesabında paylaşıb:

"İki gün belə keçdi. Kitablar, kinolar, idman, pəhriz.... Yaşından asılı olmayaraq, qadınlar hər zaman baxımlı olmalıdır. Bəs siz nə edirsiniz?"

Müğənninin bu görüntüləri sosial media əhli tərəfindən maraq və heyrətlə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.