Şou-biznes

"Şou əhli ilə yaxın olduqca, problem çoxalır" - Günay

20 May 2020 21:20
2 Şərh     Baxış: 1 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çoxlarının xətrini çox istəyirəm, amma şou-biznesdə dostum yoxdur. Birlikdə tədbirlərdə, efirlərdə görünürük. Mənim dostlarım tam başqa sahənin adamlarıdır".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV Azərbaycan" da qonaq olarkən deyib. Şou-biznesdən danışan sənətçi həmkarlarından uzaq qaçdığını söyləyib:

"Bir ara qruplaşmalara məni saldılar, çıxdım. Diqqət edirəm, hər şeydən kənar gəzirəm. Yaxın olduqca, problem artır. Bir ara şou əhlu ilə çox yaxın oldum, görüşdüm, sonra gördüm ki, olmaz. İşimi görürəm, çəkilişim bitir və evimə gedirəm. Bu qadağanı özüm özümə qoymuşam. İnstaqram çıxandan lap diqqət etməyə başlamışam.

Hər kəs əlçatandır. Müğənnilər, makiyaj ustaları artıb. Çox sahələrdə bir səhifə açıb, olurlar məşhur. Düşünürəm ki, mən fərqlənirəm. Şou-biznesə sosial şəbəkələrin aktiv olmadığı ərəfədə gəlmişəm. O vaxt ildə iki mahnı təqdim edirdik. İndi ayda birini oxuyuruq. Bir mahnı radioda, telekanllarda səslənirdi. İndi hərə bir "Youtube" kanalı açıb, orda məşhur olub. Ortalıqda müğnnilər çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.