Şou-biznes

"Heç toy olmasa da hamı kimi dolanacam"

19 May 2020 20:14
2 Şərh     Baxış: 3 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alın tərimizlə gedib toylarda oxuyub, pul qazanmışıq. İnsan gərək ehtiyatını görüb, 3-5 manat kənara qoysun".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Ona qalsa" verilişində deyib. Müğənni toyların olmamasından bəhs edib:

"Əgər əlavə pulun varsa, əl tutmaq gözəl şeydir. Bir də çalışın imkan daxilində onu göstərməyin. Göstərəndə də tendesiya kimi edin ki, camaat da qoşulsun. Heç kəsin artıq pulu yoxdur. Çünki pul artıq olmur. Müəllimə kimi işləyirəm, maaş alıram.

Deyirlər, yayda toy olmayacaq. Bundan sonra müğənnilik etməsəm də hamı necə mən də elə. Bunu əvvəldən düşünmək lazım idi. Mənim axırım necə olacaq: sabah qocalacam, işləməyəcəm, səsim batdı, qəzaya düşdüm, başıma nəsə gəldi. Ona görə də bu günlə yaşamaq lazım deyil. Sabahı düşünüb, nəsə etməlisən".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.