Şou-biznes

Şəbnəmin pul verib çıxdığı verilişdən Üzeyir İMTİNA ETDİ - FOTO

11 May 2020 11:12
2 Şərh     Baxış: 10 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu vaxta kimi Şəbnəm Tovuzlunu verilişində çəkmisən?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Tolik ilə səmimi" verilişində qonağı olan "ATV maqazin onlarla" verlişinin aparıcısı Afaq Gəncəliyə müraciət edib.

Xanım aparıcı "Kommersiya məqsədi ilə çəkmişəm. Pulunu ödəyib, pul müqabilində çəkmişəm" cavabını verib. 

Prodüserin "Bəs Üzeyir sizin verilişinizdə olub, yoxsa yox?" sualına Afaqın etirafı təəccübləndirib:

"Üzeyir verilişimdə olub. Amma onu qeyd edim ki, Üzeyir özü verilişimdə çəkilmək istəmir. Biri var Üzeyir mənə desin ki, məni çək, mən deyim ki, "Yox, sən mənim formatıma uyğun deyilsən. Belə bir şey olmayıb. Mənim özümün təklifim olub ki, "Üzeyir, səni çəkək". Üzeyir kameralardan qaçan insandır. İldə, ayda bir dəfə layihəsi olar çəkərik, olmaz belə".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.