Şou-biznes

"Dedilər ki, ailə qurduğu şəxs müğənninin keçmiş əridir"

7 May 2020 16:36
6 Şərh     Baxış: 6 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənnilər Sevil və Sevinc Səfərovalar bir müddət əvvəl yayılan ailə qurma xəbərindən söz açıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Şou ATV" verilişində qonaq olan bacılar aparıcının bunla bağlı suallarını cavablandırıblar. 

Sevilin gizli nikaha girməsi xəbərinə Sevinc əsəbiləşdiyini bildirib:

"Nişan da yox, yazılmışdı ailə qurub. Özü də naxçıvanlı iş adamı ilə. Ötəri yanaşdıq, güldük keçdik. İkinci dəfə toy xəbəri yaysalar belə sakit dayanmayacağıq. Nəslimiz, ailəmiz var. Sevil və Sevinc göbələkdir, sahib çıxanı yoxdur? Bilirsiz, nə qədər insan zəng etdi?

Anam Bakıda yoxdur, həyəcanla zəng edib. Deyir, nə xəbərdi? Hər zaman çalışdıq ki, şəxsi həyatla gündəmə gəlməyək. Niyə bizim həyatımız müzakirə edilsin? Toy olsa da, gizlədəcəyik. İstəmirik müzakirə olunsun.

Ailə başçımız qardaşım sayılır. İndi o da Bakıda yoxdur. Anam 1 aylıq getmişdi qardaşımın yanına, karantin başladı qaldı orada.

Sonra da yazdılar ailə qurduqları şəxs hansısa müğənninin keçmiş əri olub. Müğənninin keçmiş əri yaxşı adam olsaydı, elə onun yanında qalardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.