Şou-biznes

“Sosial şəbəkələr bağlansa, məşhurların heç kim olduğunu anlayacağıq”

24 Aprel 2020 11:16
11 Şərh     Baxış: 3 414
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dialoqlar uzundur. Hadisələr bəsitdir. Bütün hadisələr bir evdə, mətbəxdə, yataq otağında, həyətdə, maşında baş verir. Bunun da səbəbini bilirəm. Büdcə və vaxt azlığıdır. Gündəlik serialın texnikası budur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "MTV"yə müsahibəsində rejissor Kənan M.M. seriallardakı çatışmazlıqlar haqda danışarkən deyib.

O, ekran işlərinə eyni simaların çəkilməsindən danışıb:

"Əgər hər dəfəsində fərqli görünə bilirsə, bu, təkrar deyil. Ümumiyyətlə, pis aktyor, aktrisa anlayışı yoxdur. Pis rejissor var".

Uzun müddətdir klip çəkməyən Kənan sənət adamlarından söz açıb:

"Balaca vaxtı klip çəkirdim. O, bizim üçün bir tramplin idi, atladıq. Sənət İnstaqram-dan ibarət olduğu üçün o şeylərə artıq ehtiyac qalmayıb. Bir gün Azərbaycanda İnstaqram və "YouTube" bağlansa, biz o zaman çox məşhurların heç kim olduğunu anlayacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.