Şou-biznes

“Səni aciz bilib bəyənməyəcəklər”

13 Aprel 2020 11:13
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samir Cavadzadə dostlarından şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə fikirlərini sosial media hesabında yazıb:

"Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır! Cüzi qədər də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm... Mən isə sakitcə aralanmışam. Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu çox adama göstərib və bildirmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib, artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə".

İfaçı daha sonra ona şərh yazanlara cavab verərkən "Məni əzmək istəyənlərin özləri yox olurlar" bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.