Şou-biznes

Aktyor Allahverdi Yolçuyev maddi sıxıntılarından danışdı

10 Aprel 2020 19:49
8 Şərh     Baxış: 3 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Allahverdi Yolçuyev maddi sıxıntılarından danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə zəng edən zaman deyib. Allahverdi işləmədiyini bildirib:

"2019-2020-ci illər mənə düşmür. Utanıram imkansızlıqdan danışmaqdan. Dost-tanış kömək edir. Evdə ancaq qızlardır. Kürəkənim Mübariz kömək edir. Dərmanları da çatdırmıram. Evdə tək, hamıdan ayrı qalmışam. Yaşlı adamam, xəstələnərəm nəvələrimə keçər".

Aparıcı Zaur Baxşəliyev isə "Allahverdi Yolçuyevin maddi durumu çox aşağıdır. Onun necə yaşadığını bilirəm. Bəzən özüm şok oluram ki, insan necə dözür, bu şəraitə tab gətirir" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.