Şou-biznes

"Evdə yata bilmirəm, hər tərəfdə səni axtarıram" - Rafael Dadaşovun qızı

22 Mart 2020 17:44
10 Şərh     Baxış: 6 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Səidə Dadaşova bir neçə gün əvvl dünyasını dəyişən atası, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Səidə atası üşün darıxdığını vurğulayıb:

"Ata, bu gün sənsiz keçirdiyim üçüncü gündür. Torpağından sənin qoxunu almaq istəyirəm. Bu dünyada sənə doymadım. Bu bayram ürəyimizə qəm, evimizə kədər gətirdi. Oğluma yoxluğunu deyə bilmirəm.

Evdə yata bilmirəm, hər tərəfdə səni axtarıram. Evimiz boş qalıb. Arxa, dayağım yoxdur evdə. Bu bayram və bundan sonrakı bayramlar sənsiz heçdir mənə.

Ata, baba və nənəm üçün çox darıxırdın. İndi onlara qovuşmusan, amma bizim ürəyimizi çox yandırdın".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.