Şou-biznes

"Ramalla barışdım, Rəhimlə isə..." - Niyam

18 Mart 2020 20:19
1 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Niyam Salami küsülü olduğu və barışdığı həmkarlarından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Ən yaxşısı" verilişində qonaq olan sənətçi həmkarı Rəhim Rəhimli ilə heç vaxt münasibətlərini düzəltməyəcəyini deyib:

"Rəhimlə böyük bir ədavətim olmayıb. Amma Rəhim mənimlə danışmaq istəmir. Mən də özüm barışmaq istəmirəm. "Dost" sözünə layiqsənsə, ona riayət edirsənsə, həmin adamla danış. Şou-biznesdə və ya həyatımda danışmadığım adamlar var. Həmin insanları dondururam, görmürəm.

Ramal İsrafilovla isə barışmışam. Elə bir şouda idik ki, barışmalıydıq. Gəldik, heç nə olmamış kimi danışdıq. Efirdə özünü idarə etməlisən, onu büruzə verməməlisən. Elə ab-hava yarandı ki, münasibətlər düzəldi".

Qeyd edək ki, Ramal və Niyam "Maşın" şouda bir araya gəlib və barışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.