Şou-biznes

"Eurovision" təmsilçimiz Niderlanda gedə bilməyəcək

18 Mart 2020 17:09
4 Şərh     Baxış: 2 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Samirə Əfəndi Niderlandda keçirilməsi planlaşdırılan "Eurovision - 2020" mahnı müsabiqəsinin postkart çəkilişlərinə qatılmayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb təşkilat komitəsinin koronavirusla bağlı Avropada tətbiq olunan karantin vəziyyəti nəzərə alaraq çəkilişləri ləğv etməsidir.

Müsabiqə rəhbərliyinin qərarına əsasən, tanıtım çarxları Amsterdam və digər şəhərlərdə lentə alınmayacaq, hər bir ölkənin iştirakçısı videoroliki yaşadığı ərazidə çəkdirəcək.

Qeyd edək ki, qərardan əvvəl 41 ölkə təmsilçisi Niderlanda getməli və çarxları orada hazırlamalı idi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.