Şou-biznes

Məleykə Əsədova Rafael Dadaşovdan danışdı

17 Mart 2020 10:38
1 Şərh     Baxış: 3 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Məleykə Əsədova Rafael Dadaşovun ölümündən danışıb.

O, ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Rafael Dadaşov çox böyük aktyor idi.

"Bu xəbəri eşidəndə bir çoxları kimi mən də məyus oldum. O, çox böyük aktyor idi. Adama pis təsir edir, səhnəmizin nəhəng aktyorlarını bir-bir itirə-itirə gedirik. Bilirəm bu dünyanın işidir, ancaq dünən bir yerdə olduğun insanı bu gün itirəndə, dağılırıq, məhv oluruq. Allah ruhunu şad eləsin. Ancaq aktyorlar heç vaxt ölmürlər, onlar öz obrazları ilə daima tamaşaçı ürəyində yaşayırlar.

Son 2 ayda səhhətində yaranan problemlərə görə, tamaşalara çıxmasada Rafael müəlimlə tez-tez tədbirlərdə görüşürdük. Sonuncu dəfədə elə belə görüşmüşdük, hətta  bir yerdə əyləşmişdik. Çox heyiflər olsun ki, biz onu itirdik", - Xalq artisti qeyd edib.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov bu gün 74 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.