Şou-biznes

"Kaş öləydim, bu günü görməyəydim" - Aybəniz Haşımova feministlər haqda

10 Mart 2020 12:44
20 Şərh     Baxış: 14 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova qadın haqları ilə bağlı feministlərin keçirdiyi mitinqlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni qızların əllərində tutduqları plakatlarda yazılan qeyri-etik ifadələri qınayıb:

"Bunun adı nədir? Kaş mən öləydim, millətimin bu günə düşməyini görməyəydim".

Haşımovanın paylaşımına sənət adamları da reaksiya veriblər.

Əməkdar artist Nüşabə Ələsgərli həmkarının paylaşımına bunları yazıb:

"Bu oğlanlar və qızlar ibtidai icma dövründəki kimi lüt gəzmək istəyirlər. Özlərini başqa ölkədəki heyvanlar kimi göstərmək istəyirlər. Alınmır... 1,5 milyon il əvvəl insan heyvan kimi şüursuz yaşayıb. Sonra şüur yaranıb. İndi bunlar geri qayıtmaq istəyirlər? Yazıqlar, özlərini həyatda təsdiqləyə bilməyənlər... Amma bunlara kömək etmək olar. Afrikada hələ də dəstə kimi şüursuz insanlar var, yollayaq ora. Heyvan kimi lüt və necə gəldi gəzsinlər. Ayıb da olmasın".

Müğənni Nadir Qafarzadə də sosial şəbəkədə bunla bağlı video yayımlayıb. O, qeyri-etik ifadələrlə qızları təhqir edib:

"Bəzi "qadın" adını daşıyan zir-zibillər azadlığı fahişəliklə səhv salıblar. Hara gedirik? Azərbaycan qadını qeyrətli, namusludur. Bunlar bu ada ləkə gətirə bilməyəcklər. Bəzi qadınlara azadlıq verəndə sonu belə olur. Hər şeyin bir sonu və həddi var, bu artıq sondur".

Xalq artisti Afaq Bəşirqızı isə Real TV-yə məsələ ilə bağlı açıqlama verib. Aktrisa "Bütün ata, qardaş və oğullardan aksiyada yazılan şüarlara görə üzr istəyirəm. Bir ayda dörd şəhid vermiş Azərbaycanın qadın və qızlarını ermənilərə, qan tökülməyə etiraz edirlər bildim. Amma yazılanları gördüm, çox təəssüfləndim. Orada cavan, gözəl , hətta savadına şübhə etmədiyim qızlarımızı gördüm. Ağsaqqallardan üzr istəyirəm" sözlərini söyləyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.