Şou-biznes

“Bundan sonra etdiklərim həzz almağa xidmət edəcək”

7 Mart 2020 14:54
2 Şərh     Baxış: 2 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyatımın özünü asta-asta sənət əsərinə çevirirəm. Yenidən bütövləşib özümü tapıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Yuğ" teatrının aktrisası, Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.

O, fotolarını paylaşaraq fikirlərinə belə davam edib:

"Səmimi olmaq qabiliyyətinə daha əminliklə yiyələnirəm. Sadəcə olaraq, mənə verilmiş ömrü yaşamağa çalışıram. Məncə, əsl həyat yalnız dərinə baş vuranda, mübarizədən çəkilib qalanların nəzərindən itəndən sonra başlayır. Məcburiyyətə "yox" deyirəm, onu tanımıram.

Xülasə, bundan sonra etdiklərimin hamısı ancaq bir məqsədə - həzz almağa xidmət edəcək, yetişdirdiyim meyvələr ağacdakı kimi özləri dəyib yerə töküləcək".

Qeyd edək ki, 20-dən çox filmə çəkilən G.Qurbanova "Ölsəm, bağışla!" adlı ekran işi ilə məşhurlaşıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.